Neymar millinin kapitanı seçildi

13:55 7 Sentyabr 2018

Braziliya millisinin əsas kapitanı müəyyənləşib.
 

Sportarena.az xəbər verir ki, bu barədə yerli mətbuata komandanın baş məşqçisi Tite məlumat verib. O, kapitanlıq sarğısını PSJ-nin hücumçusu Neymarın daşıyacağını deyib.

 

Bu il Rusiyada keçirilən dünya çempionatında müxtəlif futbolçular Braziliya millisində kapitan olmuşdu.

 

Qeyd edək ki, 2010-cu ildən yığmaya dəvət alan Neymar 90 oyuna 57 qol vurub.


Digər xəbərlər

Xəbər xətti