Malta - Azərbaycan: hakimlər açıqlandı

14:53 7 Sentyabr 2018

UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci oyununda Azərbaycan millisi Maltanın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, matçın hakimləri açıqlanıb. Görüş monteneqrolu FIFA referisi Nikola Dabanoviçə həvalə edilib.

 

Liqa D, 3-cü qrup
10 sentyabr

 

22:45 Malta - Azərbaycan
Baş hakim: Nikola Dabanoviç
Yan xətt hakimləri: Milutin Dukiç, Yovitsa Tatar
Dördüncü hakim: Aleksandar Dikanoviç
Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (hamısı Monteneqro)
Hakim-inspektor: Luk Vilmes (Lüksemburq)
UEFA nümayəndəsi: Qraham Hover (İngiltərə)

Ta Qali stadionu.


Xəbər xətti