"Real"ın gəliri açıqladı

16:44 7 Sentyabr 2018

Son 3 mövsüm Çempionlar Liqasının qalibi olan Madrid "Real"ı ötən mövsüm əldə etdiyi gəliri açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, "kral klubu"ndan verilən rəsmi açıqlamaya görə, 2017/18 mövsümündə klub 750,9 milyon avro gəlir əldə edib.

 

Bura futbolçu satışından əldə edilən məbləğlər daxil edilməyib. Bununla da, Madrid təmsilçisi 2016/17 mövsümü ilə müqayisədə 11,3 faiz artım edib.

 

Paytaxt təmsilçisi həmin mövsüm 674,6 milyon avro gəlir qazanmışdı

 


Digər xəbərlər

Xəbər xətti