Məhşur futbolçu karyerasını başa vurdu

18:47 7 Sentyabr 2018

İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Fernando Navarro karyerasını bitirdiyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə futbolçu “Tvitter”dəki hesabından məlumat yayıb.

 

Karyerası ərzində 573 rəsmi qarşılaşmaya çıxan 36 yaşlı futbolçu, “Barselona”, “Malyorka”, “Albasete”, “Sevilya” kimi klublarda forma geyinib.

 

İspaniyalı sağ cinah müdafiəçisi son olaraq “Deportivo” klubunda forma geyinirdi.

 

Fernando Navarro 2 dəfə İspaniya milli komandasının şərəfini qoruyub.

 


Digər xəbərlər

Xəbər xətti