“Qəbələ” - “Zirə” matçının yeri dəyişdirildi

16:22 8 Sentyabr 2018

Sabah "Qəbələ” ilə "Zirə” klubları arasında keçirilməli olan yoxlama oyununun yeri dəyişdirilib. 
 
 
Sportarena.az xəbər verir ki, bu barədə "Zirə”nin mətbuat xidməti məlumat yayıb.
 
 
Məlumatda bildirilir ki, qarşılaşma İdman Akademiyasının stadionunda keçiriləcək. Görüş saat 18:30-da start götürəcək.
 
 
Xatırladaq ki, daha öncə bu görüşün "Bakı”nın təlim-məşq bazasında keçiriləcəyi açıqlanmışdı.
 


Xəbər xətti