Portuqaliya - İspaniya matçı Məmmədova tapşırıldı

16:42 8 Sentyabr 2018

Azərbaycanlı hakim, çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov İtaliyada keçirilən çimərlik futbolu üzrə Avropa çempionatında - super finalda hakimlik edəcək.

 

Sportarena.az xəbər verir ki, Məmmədov bu gün Bakı ilə saat 18:45-də başlayacaq Portuqaliya - İspaniya oyununun baş hakimi olacaq.Eyni qrupda mübarizə aparan hər iki komandanın 6 xalı var. Qalib komanda finala vəsiqə qazanacaq.


Xəbər xətti