Keyn: "Özümü Ronaldo və Messi ilə müqayisə etmirəm"

17:21 8 Sentyabr 2018

"Tottenhem"də ötən mövsüm göstərdiyi performansı ilə diqqət çəkən, DÇ-2018-in bombardiri olan İngiltərə millisinin və "Tottenhem"in hücumçusu Harri Keyn açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı forvard Lionel Messi və Kriştiano Ronaldo səviyyəsində olmadığını bildirib:

 

"Özümü Ronaldo və Messi ilə müqayisə etmirəm. Onlarla müqayisə olunmaq üçün hələ çox şey etməliyəm. Son illərdə inanılmaz şeyləri bacarıblar. Amma mən onların səviyyəsinə çatmağı, hətta keçmək istəyirəm. DÇ-2018-in bombardiri olmaq qürurvericidir. Daha böyük hədəflərim var".

 

Qeyd edək ki, Keyn 6 qolla dünya çempionatının bombardiri olmuşdu.


Digər xəbərlər

Xəbər xətti