Nazarovsuz “Ersgebirge” uduzdu

18:02 8 Sentyabr 2018

Almaniyanın 2-ci Bundesliqa klubu “Ersgebirge” yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi bu komanda Almaniya Bundesliqasında mübarizə aparan “Volfsburq”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyun futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 1:3.

 

UEFA Millətlər Liqasındakı oyunlarla əlaqədar hazırda millimizin düşərgəsində olan Nazarov bu görüşün iştirakçısı olmayıb.


Digər xəbərlər

Xəbər xətti