Millimiz Maltaya çatdı

00:46 9 Sentyabr 2018

Azərbaycan millisi UEFA Millətlər Liqasının 2-ci turunda qarşılaşacağı Malta yığması ilə oyun üçün səfərə yollanıb.

 

Sportarena.az xəbər verir ki, yığmamız Maltaya çarter reysi ilə yollanıb. Komandamız artıq Maltadadır.

 

Qeyd edək ki, D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Bakıda Kosovo yığmasına qarşı keçirdiyi ilk matçda qolsuz heç-heçə edib. Malta komandası isə səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzub. Millimizin Malta ilə səfər oyunu sentyabrın 10-da Ta Qalidəki Milli Stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


Xəbər xətti