Vüqar qol vurdu, komandası 15 qolla qalib gəldi

Sportarena.az      10 Sentyabr 2018, 15:15

Latviya I Liqasında 16-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Prielu” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 15:0. Vüqar start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

 

Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda da fərqlənməyi bacarıb. O, matçın 27-ci dəqiqəsində rəqib qapısına yol tapıb. Nəticədə, millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 23-ə çatdırıb.

 

“Dauqavpils” 16 turdan sonra 40 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin