“Barselona” yeni bir ilkə imza atdı

16:38 10 Sentyabr 2018

“Barselona” daha bir ilkə imza atıb.

 

Sportarena.az xəbər verir ki, “Barselona” “YouTube”də 5 milyon abunəçisi ilk olan futbol komandasıdır.
 

Hazırda “Barselona”nın rəsmi “YouTube” kanalının 5 199 073 abunəçisi var. Son 1 ildə abunəçilərin sayı 1 952 334 nəfər artıb. 
 

“Barselona” “YouTube” abunəçilərinin sayına görə “Real” (3 910 610), “Yuventus” (1 487 998), “Liverpul” (1 457 933) və “Mançester Siti”ni (1 429 243) qabaqlayır.


Xəbər xətti