Malta millisinin hücumçusu: "Azərbaycanla oyunda qalib gəlmək istəyirik"

18:25 10 Sentyabr 2018

"Farer adalarına uduzduqdan sonra çox məyus olduq. Amma geri dönəcəyik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının D Liqasının III qrupunda II tur çərçivəsində Azərbaycan millisini qəbul edəcək Malta yığmasının hücumçusu Andre Şembri söyləyib.

 

Kiprin "Apollon" klubunda çıxış edən 32 yaşlı forvard millimizə qalib gələcək gücdə olduqlarını vurğulayıb:

 

"Bu oyunda qalib gəlmək istəyirik. Komandamız Azərbayanla oyunda yaxşı nəticə qazanmaq üçün kifayət qədər güclüdür. Biz bunu rəqibimizə keçmişdə sübut etmişik. Taktiki gedişlərin üzərində çox çalışmışıq. Komandada yaxşı ab-hava var".

 

Azərbaycan və Malta milliləri 6 dəfə qarşılaşıblar. 3 dəfə Malta, 2 dəfə millimiz qalib, 1 oyunda isə qalib müəyyənləşməyib.

 

Qeyd edək ki, bu gün Ta Qali Milli stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti