Rusiya millisi finalda İtaliya ilə bacarmadı

22:00 10 Sentyabr 2018

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının Dünya birinciliyindəki qrup rəqibi Rusiya "Montreux Masters" turnirində çempion adını qazana bilməyib.

 

Sportarena.az xəbər verir ki, rusiyalı voleybolçular finalda italiyalı həmkarları ilə qarşılaşıblar. Görüş 3 hissə davam etsə də, azarkeşlər kifayət qədər gərgin mübarizəyə şahid olublar. Rəqibinə quru hesabla uduzan Rusiya yığması Montre Masters turnirini gümüş medalla başa vurub.

 

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə Türkiyə Braziliya millisini məğlub edərək bürünc medal qazanıb.

 


Digər xəbərlər

Xəbər xətti