UEFA Millətlər Liqasında II turun növbəti matçları keçirilib

01:03 11 Sentyabr 2018

Bu gün UEFA Millətlər Liqasında II turun növbəti matçları keçirilib.

 

Sportarena.az xəbər verir ki, ikinci oyun günündə 4 liqada 8 qarşılaşma oynanılıb.

 

A Liqasında 3-ci qrupunda Portuqaliya İtaliyanı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Portuqaliya 3 xalla liderliyi ələ alıb. İtaliya və Polşanın isə hərəyə 1 xalı var.

 

B liqasının II qrupunda Türkiyə millisi səfərdə İsveçlə qarşılaşıb. Matç Türkiyənin 3:2 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. Qrupda Rusiya və Türkiyə yığmasının 3 xalı var. İsveçin isə xalı yoxdur.

 

D Liqasında Azərbaycan millisinin rəqibləri Kosovo və Farer adaları münasibətlərə aydınlıq gətirib. Kosovo evdəki oyunda 2:0 hesabı ilə qələbə qazanıb. Kosovo İki oyundan sonra 4 xalla I yerdədir. Farer adaları 3 xalla ikinci, Azərbaycan 2 xalla üçüncü, Malta isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

 

UEFA Millətlər Liqası, II tur

A Liqası

3-cü qrup

Portuqaliya - İtaliya - 1:0

Qol: Andre Silva, 48

Xal durumu: Portuqaliya - 3 xal (1 oyuna), İtaliya - 1 (2), Polşa- 1 (1)

 

B Liqası

2-ci qrup

İsveç - Türkiyə - 2:3

Qol: İsaak Telin, 35. Viktor Klaesson, 49 - Hakan Çalhanoğlu, 51. Emre Akbaba, 88. 90

Xal durumu: Rusiya - 3 xal (1 oyuna), Türkiyə 3 (2) İsveç - 0 (1)

 

C Liqası

1-ci qrup

Şotlandiya - Albaniya - 2:0

Qol: Stiven Neysmit, 47. 68

Xal durumu: Şotlandiya - 3 xal (1 oyuna), Albaniya - 3 (2), İsrail - 0 (1)

 

4-cü qrup

Serbiya - Rumıniya - 2:2

Qol: Aleksand Mitroviç, 26. 63 - Nikolae Stanku, 48. Marius George, 68

Monteneqro - Litva - 2:0

Qollar Saviç, 34 (p). Marko Yankoviç, 36

Xal durumu: Serbiya - 4 xal, Monteneqro - 4, Rumıniya - 2, Litva -0

 

D Liqası

1-ci qrup

Andorra - Qazaxıstan - 1:1

Qol: Jordi Allaez, 85, - Yuri Logvinenko, 68

Xal durumu: Gürcüstan - 3 xal (1 oyuna), Andorra - 2 (2) Qazaxıstan - 1 xal, (2 oyuna), Latviya - 1 (1)

 

3-cü qrup

Malta - Azərbaycan - 1:1

Qol: Andrey Acus, 10 (p.) - Təmkin Xəlilzadə, 26

Kosovo - Farer adaları - 2:0

Qol: Arber Zeneli, 50. Atdhe Nuhiu, 54

Xal durumu: Kosovo - 4 xal, Farer adaları - 3, Azərbaycan - 2, Malta - 1

 


Digər xəbərlər

Xəbər xətti