Millətlər Liqasında ikinci tura yekun vuruldu

00:55 12 Sentyabr 2018

Bu gün UEFA Millətlər Liqasında II turun oyunlarına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, üçüncü oyun günündə 4 liqada 7 qarşılaşma oynanılıb. Günün mərkəzi oyununda İspaniya öz meydanında son dünya çempionatının finalçısı Xorvatiyanı qəbul edib. Rəqibinə şans verməyən ispanlar 6 cavabsız qolla 3 xala sahib çıxıblar.

 

A liqasındakı digər görüşdə Belçika səfərdə İslandiyanı üstələyib. Azərbaycan millisinin yer aldığı D Liqasının II qrupunda Moldova doğma meydanda Belarusla qarşılaşıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Lüksemburq isə səfərdə San Marinodan üstün olub.

 

A Liqası

II qrup

İslandiya - Belçika 0:3
Qollar:
 Hazard, 29, Lukaku, 31; 81

 

IV qrup

İspaniya - Xorvatiya 6:0
Qollar: 
Saul, 24, Asensio, 33, Kaliniç, 35-avtoqol, Rodriqo, 49, Ramos. 57, İsko, 70

 

B Liqası

III qrup

Bosniya və Herseqovina - Avstriya 1:0
Qol: 
Dzeko, 78
 

C Liqası

II qrup

Finlandiya - Estoniya 1:0
Qol: 
Pukki, 12

Macarıstan Yunanıstan 2:1
Qollar: 
Sallai, 15 (1:0), Manolas, 18 (1:1), Kleinheisler, 43 (2:1)

 

D Liqası

II qrup

Moldova - Belarus 0:0

San Marino - Lüksemburq 0:3
Qollar: 
Chanot, 9, Joachim, 45+1, Sinani, 52


Digər xəbərlər

Xəbər xətti