"Qarabağ"da ciddi itki: "Sportinq"lə oyunu buraxacaq

11:35 12 Sentyabr 2018

"Qarabağ" ciddi itkiylə üzləşib.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçevin xidmətindən məhrum olub.

 

Belə ki, Millətlər Liqasında Norveçlə oyundan öncə isinmə hərəkətlərini yerinə yetirən zaman zədə alan 24 yaşlı futbolçunun durumuna aydınlıq gəlib. Zədəsi cağır olmayan Slavçev 2 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu barədə açıqlama verən yarımmüdafiəçi durumu ilə bağlı danışıb: "Bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu təsbit edildi. Hətta bu, daha da pis ola bilərdi. Əgər əzələmdə yırtıq aşkarlansaydı, vəziyyət ağır olacaqdı".

 

Slavçev sentyabrın 20-də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində səfərdə "Sportinq"ə qarşı keçirəcəyi oyunda iştirak etməyəcəyini və buna çox əsəbləşdiyini deyib: "Bu zədəyə görə iki həftə oynamayacam. Çox qəzəbliyəm, çünki "Sportinq"lə qarşılaşmada komandama kömək edə bilməyəcəm".

 

Qeyd edək ki, Simeon Slavçev yay transfer dönəmində "Sportinq"dən "Qarabağ"a keçib.


Digər xəbərlər

Xəbər xətti