Sami Xedira "Yuventus"la müqaviləsini yenilədi

14:50 12 Sentyabr 2018

"Yuventus" futbolçusu Sami Xedira ilə müqaviləni yeniləyib.

 

Sportarena.az xəbər verir ki, Almaniya millisinin üzvü 2021-ci ilə qədər Turin təmsilçisində çıxış edəcək.

 

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2015-ci ildə  "Real"dan "Yuventus"a keçib. Xedira "Yuventus"un heyətində 3 dəfə İtaliya çempionu olub, 3 dəfə İtaliya kubokunu və 1 dəfə İtaliya Superkubokunu qazanıb.


Xəbər xətti