"Qarabağ"la oyuna görə 3 futbolçuya istirahət verildi

16:13 12 Sentyabr 2018

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sportinq" Liqa Kubokunda "Maritimu" ilə matçda bir neçə futbolçusunun xidmətindən istifadə etməyəcək.
 

Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Joze Pezeyru Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirəcəkləri qarşılaşmaya görə həmin bəzi aparıcı futbolçulara istirahət verib.

 

Yarımmüdafiəçi Rodriqo Battalya, müdafiəçi Stefan Ristovski və Sebastyan Koatesi sentyabrın 16-da keçiriləcək görüşdə iştirak etməyəcək.

 

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sentyabrın 20-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti