Uqo Llorisə 20 aylıq cəza

17:00 12 Sentyabr 2018

"Tottenhem"in kapitanı Uqo Lloris Londonda alkoqollu şəkildə maşını idarə etməyinə görə cəzalanıb.

 

Sportarena.az xəbər verir ki, ötən ay polis tərəfindən saxlanılan qapıçı məhkəmə qarşısına çıxıb. 31 yaşlı qapıçı limitdən 2 dəfə çox spirtli içki qəbul etdiyi üçün 20 aylıq maşın sürməmək cəzası alıb. Fransa millisinin üzvü 50 min funt-sterlinq cərimə edilib.

 

Qeyd edək ki, dünya çempionu 2012-ci ildən "Tottenhem"də çıxış edir.


Xəbər xətti