Maradona üçün serial çəkiləcək

19:07 12 Sentyabr 2018

“Amazon” film şirkəti Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradonanın həyatından bəhs edən serial çəkir.

 

Qol.az-ın “Football İtalia” nəşrinə istinadən yaydığı xəbərə görə, veteran futbolçunun həyatının müxtəlif anlarını 3 aktyor – Nazareno Kasero, Xuan Palomino və Nikolas Qoldşmidt canlandıracaq.

 

Serialla bağlı yaxın günlərdə şirkətin platformalarından birində məlumat yerləşdiriləcək.

 

Qeyd edək ki, Maradona haqda bundan əvvəl daha 2 film çəkilib.


Digər xəbərlər

Xəbər xətti