Del Boske: "Bolt müdafiəyə meyilli oynasa yaxşı olar"

10:16 13 Sentyabr 2018

İspaniya millisinin sabiq baş məşqçisi Visente Del Boske futbolçu karyerasını Avstraliyanın "Mariners" klubunda davam etdirən əfsanəvi atlet Useyn Bolta məsləhət verib.

 

Sportarena.az xəbər verir ki, 67 yaşlı mütəxəssis yamaykalı idmançıya cinah müdafiəçisi kimi oynamağı məsləhət görüb: "Boltun yaxşı potensialı var, amma cinah müdafiəçisi kimi çıxış etsə, daha yaxşı olardı. 32 yaşında peşəkar futbola baxşlamaq normal vəziyyət deyil. Taktiki cəhətdən yaxşı qavrayacaq. Amma fiziki göstəriciləri buna cavab verməyəcək. Müdafiəyə meyilli oynasa yaxşı olar".

 

Qeyd edək ki, 32 yaşlı atlet hücum mövqeyində oynamağı seçib.

 


Digər xəbərlər

Xəbər xətti