Türkiyədə ötən mövsümün ən yaxşıları məlum olub

11:57 13 Sentyabr 2018

Futbol üzrə Türkiyə Super Liqasında 2017/18 mövsümünün ən yaxşıları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası ötən mövsümün ən yaxşıları üçün təltifolunma mərasimi də təşkil edib.

 

Mərasimdə 9 müxtəlif kateqoriya üzrə qaliblər açıqlanıb:

 

İlin qapıçısı: Fernando Muslera (Qalatasaray)

İlin müdafiəçisi: Pepe (Beşiktaş)

İlin yarımmüdafəçisi: Əmrə Belözoğlu (Başakşəhər)

İlin hücumçusu: Bafetimbi Qomis (Qalatasaray)

İlin ən yaxşı türkiyəli legioneri: Cengiz Ünder (“Roma”, İtaliya)

İlin feyr-pley davranışı: Məhəmməd Dəmir (Sivasspor)

İlin baş məşqçisi: Fatih Terim (Qalatasaray)

İlin ən yaxşı qolu: Rikardo Kuaresma (“Beşiktaş”, “Fənərbaxça” ilə matçda vurduğu qol)

İlin rəmzi komandası: Muslera - Mariano, Şkrtel, Pepe, Adriano - Əmrə Belözoğlu, Rodriges, Visça, Taliska, Burak Yılmaz, Qomis


Digər xəbərlər

Xəbər xətti