Pavel Paşayevin zədəsi nə yerdədir?

13:24 13 Sentyabr 2018

"Aleksandriya"nın baş məşqçisi Vladimir Şaran millimizin heyətində Malta ilə Millətlər Liqası matçında (1:1) zədələnən müdafiəçi Pavel Paşayevlə bağlı danışıb.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis Paşayevin bu turda oynamayacağını deyib. Şaranın sözlərinə görə, 30 yaşlı müdafiəçinin bərpası üçün müəyyən vaxt lazımdır.

 

Qeyd edək ki, Paşayev Kosovo ilə oyunda 90 dəqiqə meydanda olsa da, Malta ilə matçın ilk hissəsində rəqib futbolçunun müdaxiləsindən sonra zədələnmişdi.

 


Digər xəbərlər

Xəbər xətti