Didye Deşamın adına stadion verilib

14:00 13 Sentyabr 2018

Monakodakı "Stade Marquet" stadionuna Fransa milli komandasının baş məşqçisi Didye Deşamın adı verilib.

 

Sportarena.az xəbər verir ki, həmin arena 49 yaşlı mütəxəssisin şərəfinə "Didye Deşam Stadionu" adlandırılıb. Mərasimdə Deşam, həyat yoldaşı və oğlu ilə yanaşı Monako şahzadəsi II Albert də iştirak edib.

 

Qeyd edək ki, Fransa Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub. Didye Deşamın doğulduğu Bayonne şəhərində də onun adına stadion var.

 


Digər xəbərlər

Xəbər xətti