Ölkə çempionları bəlli oldu

16:54 13 Sentyabr 2018

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib.

 

Sportarena.az xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir. Körpücük üzərinə ilk qadınlar çıxıb. Yaşı 20 və 23-ə qədər olan qruplarda qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib. Yaşı 20-yə qədər olan gənc qadınlar arasında qızıl medala toplam 170 kq (70+100) nəticə və 246.30 xalla Səbinə Əzimova layiq görülüb. Anna Opanasyuk ikinci, Fidan Abdurrəhmanova üçüncü yeri tutub.

 

Yaşı 23-ə qədər olan gənc qadınlar arasında isə fəxri kürsünün ən yüksək pilləsinə toplam 177 kq (82+95) nəticə və 236.88 xalla Firuzə İbrahimova yüksəlib. Mərziyyə Məhərrəmova ikinci, Günel Vəliyeva üçüncü pillədə qərarlaşıb.

 


Xəbər xətti