"Kyevo"nun 3 xalı silindi

17:18 13 Sentyabr 2018

İtaliya A Seriyasında mübarizə aparan "Kyevo" cəzalanıb.

 

Sportarena.az xəbər verir ki, klubun 3 xalı silib və 200 min avro cərimə edilib. Buna səbəb "Kyevo"nun saxtakarlıq etməsi olub. Klub transferlərdə vergidən yayınmaq üçün daha az məbləğ ödədiyi barədə federasiyaya məlumat verib və A Seriyada oynamaq üçün lisenziya alıb. Lakin araşdırmalarda klubun saxtakarlıq etdiyini üzə çıxarıb. Federasiyanın hüquq işləri ilə məşğul olan şəxslər 15 xalın silinməsini düşünsələr də, danışıqlardan sonra cəza 3 xal kimi götürülüb.

 

Federasiya klub başqanı Luka Kampedelliyə 3 ay stadiona girişə qadağa qoyub.

 


Digər xəbərlər

Xəbər xətti