Ramil Quliyev: "Hədəflər ancaq qızıl medal olacaq"

Sportarena.az      13 Sentyabr 2018, 18:01

Mövsümü "Gloria Cup" turnirində kişilərin 200 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanaraq, başa vuran Ramil Quliyev açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Türkiyəni təmsil edən idmançı hədəfləri barədə danışıb: "Ən böyük hədəfimiz Olimpiya Oyunlarıdır. Qazandığımız təcrübəni orada davam edəcəyik. Bir az dincəlib, yeni mövsümə başlayacağıq. 2019-cu ildə Maydan etibarən yarışlar bizi gözləyir. Yeni mövsüm hədəflər ancaq qızıl medal olacaq. Bu il planla çalışdıq".

 

Ramil Türkiyədə atletikanın inkişafı üçün əlindən gələni edəcəyini deyib: "Atletikaya marağın olduğunu görmək sevindiricidir. Türkiyədə atletikanın inkişaf etməsi üçün əlimdən gələni edəcəm. Anamla atam atlet olublar. Anam uzununa tullanmaq növündə yarışırdı, atam isə sprinter idi. Atam da 200 metr məsafədə olan yarışlara qatılırdı. Mən də həmişə bunun xəyalını qurmuşam. Azərbaycanda güləş, cüdo, boks kimi idman növlərini sınasam da, alınmadı. Amma atletika mənə asan gəldi. Atamı özümə örnək alırdım".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin