Cekson Martines Portuqaliya klubunda

Sportarena.az      14 Sentyabr 2018, 12:18

Çinin "Quançjao Everqrand" klubunda uğursuz karyera keçirən Kolumbiya millisinin üzvü Cekson Martines Avropaya qayıdıb.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı forvard Portuqaliyada çıxış edəcək. Martines "Portimonensi"ylə müqavilə bağlayıb. Şərtlərə görə, kolumbiyalı futbolçu Portimau təmsilçisində 1 illik icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, Martines Avropada "Portu"dakı çıxışı ilə tanınıb. 2015-ci ildə "Atletiko" Ceksonu 35 milyon avro qarşılığında transfer etmişdi. Lakin Madrid təmsilçisi Martinesi 6 ay sonra Çinin "Quançjao Everqrand" klubuna 42 milyon avroya satmışdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin