Avqustun ən yaxşısı Müller oldu

12:39 14 Sentyabr 2018

"Bavariya"da avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Tomas Müller ötən ayın ən yaxşı oyunçusu seçilib. O, 30 faiz səs toplayıb.

 

Qeyd edək ki, 29 yaşlı hücumçu avqustda 4 matçda 2 qol vurub, 3 qolun ötürməsini verib.

 


Xəbər xətti