Nani və Bas Dost "Qarabağ"la oyunu buraxa bilər

13:42 14 Sentyabr 2018

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Sportinq"in heyətində ciddi itkilər var.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Luiş Nani və hollandiyalı hücumçu Bas Dost "Qarabağ"la oyunu buraxa bilərlər. Hər iki futbolçu zədədən əziyyət çəkir. Adları çəkilən futbolçular sentyabrın 16-da çempionatda "Maritimu" ilə oyunu buraxacaqlar.

 

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sentyabrın 20-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti