MS ona 250 milyon avro qiymət qoydu

Sportarena.az      14 Sentyabr 2018, 16:31

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola komandanın aparıcı futbolçularından olan Kevin De Breynenin təzminat qiymətini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı mütəxəssis belçikalı yarımmüdafiəçinin azad agentə çevrilməsi üçün onu istəyən klubun 250 milyon avro ödəməli olduğunu bildirib: “O, çox yaxşı və çevik futbolçudu. Hər şeyi bacarır. İnanılmaz oyunçudu. Kevinin təzminat qiyməti 250 milyon avrodu. Amma üzrlü sayın, o satılmır”.

 

Qeyd edək ki, De Breyne bu ilin yanvarında “Mançester Siti” ilə müqaviləsinin müddətini 2023-cü ilə qədər uzadıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin