"Zirə"də ciddi itki

18:16 14 Sentyabr 2018

Topaz Premyer Liqanın 4-cü turunda “Səbail”in qonağı olacaq “Zirə” itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Bilal Həmdi zədələnib. Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə əzələsindən zədə alan əlcəzairli futbolçunun bu turu buraxacağı dəqiqdir. Onun növbəti oyuna qədər sıraya dönəcəyi gözlənilir.

 

Qeyd edək ki, sabah keçiriləcək “Səbail” – “Zirə” oyunu saat 20:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti