Nazim Süleymanov: "Oyunçuların haqqını yemək düzgün deyil"

22:01 14 Sentyabr 2018

Topaz Premyer Liqasının IV turu çərçivəsində "Qarabağ" "Sumqayıt"ı məğlub edib.(1:0)

 

Sportarena.az xəbər verir ki, oyundan sonra qonaq komandanın baş məşqçisi Nazim Süleymanov jurnalistlərin suallarını cavablandırıb.

 

- "Qarabağ"ı təbrik edirəm. Onlara Avropa Liqasında uğurlar arzu edirəm. "Qarabağ" komandasına qarşı oynamaq şərəflidir. Məğlubiyyətə baxmayaraq mən öz komandamdan razı qaldım.

 

– Əsəbi olmağınız məğlubiyyətlə bağlıdır?
– Xeyir, oyunçular əziyyət çəkir. Ancaq hakim bir fit verməməklə hesaba təsirin göstərir. Azərbaycanda belə hadisələr olub, bir qərara görə onu futboldan siliblər. Penalti var idi. Orada əllə oyun var idi. Futbolçular da yaxından gördülər. Oyunçuların haqqını yemək düzgün deyil. Uda da bilərik, uduza da. Ancaq hakim 90 dəqiqə ərzində futbolçuların əziyyətini yerə vurmamalıdır.

 

– Yusif Nəbiyevin qırmızı vərəqəsindən sonra ona nəsə dediniz?
– Təbii ki, cəza olacaq. Klubdaxilində edəcəyik. O epizodda əllə oynamaq uşaq addımıdır.

 

– 4 oyuna 3 qırmızı vərəqə almısınız. Bunu intizamsızlıq adlandıra bilərik?
– Belə görünə bilər. Amma futbolçuların diqqətsizliyi belə nəticəyə gətirib çıxarır. Məcbur oluruq ki, məşqçi heyəti olaraq daha diqqətli olaq.

 


Xəbər xətti