Ziya oynamadı, komandası xal itirdi

10:56 15 Sentyabr 2018

Futbol üzrə Hollandiya 1-ci divizionunda 5-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun yeni komandası “Neymegen” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 4:4. Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

 

“Neymegen” 5 turdan sonra 11 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.


Xəbər xətti