"Zirə" "Səbail"ə qalib gələ bilmədi - YENİLƏNİB

22:24 15 Sentyabr 2018

Topaz Premyer Liqasında dördüncü turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, ikinci oyun günündə də cəmi 1 qarşılaşma keçiriləcək. "Səbail" öz meydanında "Zirə" ilə qarşılaşacaq. Bu, Samir Abasovun "Zirə"nin baş məşqçisi kimi debüt matçı olacaq.  Qarşılaşmadan öncə statistika da "Zirə"nin xeyrinədir. Belə ki, ötən mövsüm tərəflər 4 dəfə üz-üzə gəliblər ki, bu matçlarda "Səbail"in qazancı cəmi 1 xal olub. 3 matçda "Zirə" qalib gəlib. 


Qeyd edək ki, turun digər son iki oyunu sabah keçiriləcək.


Topaz Premyer Liqası

IV tur

15 sentyabr (şənbə)

20:30. "Səbail” - "Zirə” 1:1

Qol: Pərdis Fərcad Azad, 68 (pen), Rahid Əmirquliyev, 82
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
“Bayıl Arena”


Xəbər xətti