Aleksey İsayev: "Hər şey gözü qarşısında baş verdi" - MÜSAHİBƏ

12:18 15 Sentyabr 2018

"İlk 45 dəqiqədə rəqibin cəmi qol imkanı oldu. Penalti zərbəsini nəzərdə tuturam. Başqa fürsətləri olmadı. Öz dəst-xəttimizə uyğun futbol sərgiləmək istəyirdik. Hesab edirəm ki, layiqli oyun nümayiş etdirdik. Bəli, "Qarabağ” yüksək səviyyəli komandadı. Ancaq onlarla da oynamaq mümkündü. Fasilədən sonra qırmızı vərəqə aldığımız epizodadək də çox yaxşı oynadıq. Elə özümün də fərqlənmək üçün yaxşı şanslarım oldu. İmkandan istifadə edib komanda yoldaşlarımdan bu fürsətləri qaçırdığıma görə üzr istəyirəm. Azlıqda qaldıqdan sonra topa nəzarət rəqibə keçdi".

 

Sportarena.az xəbər verir ki, bunu "Sumqayıt"ın futbolçusu Aleksey İsayev Topaz Premyer Liqasının IV turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olduqları oyunda sonra jurnalistlərə müsahibəsində deyib. 

 

23 yaşlı yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb: 

 

- Son dəqiqədəki epizodda penalti var idi?

- Bunu hakimdən soruşun.

 

- Bu cür "Qarabağ” görəcəyinizi gözləyirdiniz, yoxsa daha əzəmətlisini gözləyirdiniz?

- "Qarabağ” güclü komandadı. Məzmunlu oyuna köklənmişdim. Bu, belə də oldu. Oyuna görə "Qarabağ”a təşəkkür edirəm.

 

- Çempiondan xal qopara bilməməyinizə nə mane oldu?

- Əldə edilən qol epizodlarının boşa verilməsi. Bir də... hakimdən soruşun. Hər şey gözü qarşısında baş verdi. Üç aydır ki Azərbaycandayam. Heç nə deməyəcəm.

 

- Hesab edirsiniz ki ki, son dəqiqədə penalti təyin edilməli idi?

- Təkrarına baxdıq. Penalti var idi.

 

- Rusiyada da analoji halla rastlaşmısınız? 

- Hər yerdə belə şeylər olur. Hakimlər də insandırlar.

 

- Bəlkə rəqib "Qarabağ” olduğuna görə hakim penalti təyin etmədi?

- Bu, ənənəvi sualdır. Bilmirəm, cavab verə bilmərəm.

 

- Qarşınıza qoyulan məqsəd nədir?

- Avropa Liqasına vəsiqə qazanmaq tapşırığımız var. Klub prezidenti deyib, biz də həyata keçirməliyik. Yaxşı, keyfiyyətli komandamız var. Hesab edirəm ki, məqsədimizə çatmalıyıq. Komandamız yenidi. Cəmi 2 aydı bir yerdəyik. Bizə vaxt verin və hər şeyi özünüz görəcəksiniz.

 

- 10 nömrəli formanı seçmisiniz. Bunun sirri nədədir?

- Uşaqlıqdan bu nömrəni sevmişəm. Hərənin bir arzusu olur. Mənim də aarzum hər zaman bu maykada çıxış etməkdi.

 

- Azərbaycana bağlılığınız var?

- Var, ata tərəfimdən. Ancaq uşaqlıqdan atasız böyümüşəm.

 

- Milli komandamızdan dəvət gəlsə dəyərləndirərsiniz?

- Açığı, hələ bunun üzərində düşünürəm


Xəbər xətti