Ozan Can oynadı, komandası uduzdu

14:25 15 Sentyabr 2018

Futbol üzrə Türkiyə 1-ci liqasında 5-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Afyonspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1. Ozan da bu görüşün iştirakçısı olub. Millimizin üzvü 46-cı dəqiqədə meydana buraxılıb.

 

Ardıcıl ikinci məğlubiyyətini alan “Girəsunspor” 5 turdan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb.

 


Xəbər xətti