Lukas Ernandes xəstəxanaya yerləşdirildi

15:01 15 Sentyabr 2018

İspaniya La Liqasının 4-cü turunda “Eybar”la qarşılaşacaq “Atletiko” ciddi itki ilə üzləşib.

Sportarena.az xəbər verir ki, Madrid klubu bugünkü görüşdə Lukas Ernandesin xidmətindən yararlana bilməyəcək. Kor bağırsağında problem yaranan Fransa millisinin üzvü xəstəxanaya yerləşdirilib.  Ernandesin zədələnməsindən sonra “Atletiko”nun sifariş ərizəsində cəmi 15 futbolçu qalıb.


Qeyd edək ki, “Atletiko” 3 turdan sonra 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti