“Traktorsazi” kubokla erkən vidalaşdı

15:30 15 Sentyabr 2018

Futbol üzrə İran kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçiləri də bu turnirin cari mövsümündə ilk matçlarına çıxıblar. “Maşinsazi” səfərdə “Kaspian”la qarşılaşıb. Təbriz klubu aşağı liqa təmsilçisini 2:1 hesabıyla məğlub edərək 1/8 finala yüksəlib.

 

Təbrizin daha məşhur “Traktorsazi” klubu isə startdaca mübarizəni dayandırıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşakın çalışdırdığı bu komanda səfərdə “Sanat Naft”la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabıyla bitib. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. 3:4 hesabıyla uduzan “Traktorsazi” kubokla erkən vidalaşmalı olub.

 


Digər xəbərlər

Xəbər xətti