Alleqri: "Ronaldo səbirsizliklə qarşıdakı oyunu gözləyir"

15:54 15 Sentyabr 2018

“Mövsümün məsuliyyətli vaxtı yetişir. “Yuventus”un qarşısında duran əsas vəzifə Çempionlar Liqasında qrupdan çıxmaq və A Seriyasında turnir cədvəlinə başçılıq etməkdir. Çünki mart ayında bütün cəbhədə mübarizəni davam etdirmək istəyirik”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri deyib. A Seriyasının 4-cü turunda “Sassuolo” ilə keçiriləcək oyun haqda danışan mütəxəssis hələ ki, çempionatda qol hesabını aça bilməyən Kriştiano Ronaldo ilə bağlı fikirlərini də açıqlayıb:

 

“Ronaldo bu həftə yaxşı məşq edib. Səbirsizliklə qarşıdakı oyunu gözləyir. Sabah onun günü ola bilər”.

 

Qeyd edək ki, “Yuventus” – “Sassuolo” oyunu sabah keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti