Paşayevin komandası “Şaxtyor”a məğlub oldu

17:43 15 Sentyabr 2018

Futbol üzrə Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:2. Paşayev bu görüşün iştirakçısı olmayıb. UEFA Millətlər Liqası çərçivəsində keçirilmiş Malta – Azərbaycan oyununda ağır zədə alan Pavel böyük ehtimalla hələ bir müddət “Aleksandriya”ya da kömək edə bilməyəcək.

 

“Aleksandriya” geridə qalan turlarda topladığı 16 xalla 2-ci pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti