Samir Abasov: "Sistemdən yox, oyunumuzdan narazıyam"

22:54 15 Sentyabr 2018

“Ilk oyunum idi. Futbolçularımı başa düşürəm”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Samir Abasov deyib. Paytaxt təmsilçisi Topaz Premyer Liqasının IV turunda səfərdə “Səbail”in qonağı olub və qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. 

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Futbolçularıma demişəm ki, bir-birimizə tez öyrəşməliyik. Bu gün çoxlu suallara cavab tapdıq. Bunun üzərində işləməliyik. İnanıram ki, oyunçularım bunu bacaracaqlar”.

 

- Sanki bu, sizin oyun modeliniz deyil. Adətən belə taktiki sxemdən istifadə etmirsiniz.

- Yenilikdən söhbət gedə bilməz. Sadəcə, əlimdə olan oyunçulara görə belə seçirəm. “Sumqayıt”da fərqli idi, burada fərqli. Bu gün iki oyunçumuz – Bilal və Dedov zədəli idi, onlar oyunu öz üzərilərinə götürə bilirlər.  Əlimizdə olan oyunçulara görə bu sistemi yeritməyə məcburuq. Alınmasa, nələrisə dəyişməliyik. Sistemdən yox, oyunumuzdan narazıyam. Yavaş-yavaş addımlamalıyıq. (Futbol11.az)


Digər xəbərlər

Xəbər xətti