Aftandil Hacıyev: "Qarşımıza avrokuboklara düşmək vəzifəsi qoyulmayıb"

23:03 15 Sentyabr 2018

Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Səbail” – Zirə görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə 1:1 başa çatan görüş barədə fikirlərini bölüşüb.

 

- Maraqlı oyun alındı. Hər iki komanda mübarizə apardı. Bu cür oyunların sayı artdıqca, çempionatımızın səviyyəsi də artır. Komandamdan razı qaldım. Müdafiədə az səhvə yol verdik. Futbolçularımı təbrik edirik.

 

- Fərqli iki hissə izlədik: ilk yarıda rəqib, fasilədən sonra sizin komanda daha uğurlu çıxış etdi…
- Altı futbolçumuz milli komandaya dəvət almışdı. Bu da təsirsiz ötüşə bilməzdi. 

 

- Qələbəyə həsrət komandayla oyunda 3 xal qazanmamaq nə dərəcədə avrokubok iddiasında olan kollektiv üçün uğurlu nəticə hesab edilə bilər?
- Bizim qarşımıza avrokuboka düşmək vəzifəsi qoyulmayıb. Yeni komandayıq. Futbolçuların üzərinə belə bir təzyiq qoymaq istəmirik. Əlbəttə, biz də avrokubok zonasına düşməyi istəyərdik. Lakin “Zirə” də yaxşı komandadı və qitəmiqyaslı yarışlara çıxmaq istəyir. (Sport24.az)


Digər xəbərlər

Xəbər xətti