SON DƏQİQƏ: "Zirə" əsasnaməni pozdu - Məğlubiyyət verilə bilər

23:11 15 Sentyabr 2018

Topaz Premyer Liqasının IV turunda "Zirə" "Səbail"in qonağı olub.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatsa da, qonaqlar texniki məğlubiyyətlə üzləşə bilərlər. Belə ki, protokolda "Zirə"nin heyətində 1998-ci il təvəllüdlü futbolçu qeyd edilməyib. Bundan əlavə, kapitanın adı da protokolda yazılmayıb.

 

Yekun qərarı AFFA-nın nizam intizam komitəsi verəcək. 


Digər xəbərlər

Xəbər xətti