Sofiyada daha bir medal

17:27 16 Sentyabr 2018

Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə gənclərin Avropa birinciliyinin fərdi yarışlarına yekun vurulub. 

 

Sportarena.az xəbər verir ki, mötəbər turnirin sonuncu günü millimiz aktivinə daha bir medal yazdırıb. 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Adil Kərimli qitə birinciliyinin bürünc medalına sahib olub. Bununla da millimiz cüdo üzrə gənclərin Avropa birinciliyi yarışını 6 medalla (1 qızıl, 1 gümüş və 4 bürünc) başa vurub.

 

Qeyd edək ki, 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunub.


Xəbər xətti