"Vorskla"nın baş məşqçisi: "İngiltərədə bizi nəyin gözlədiyini dərk edirik"

20:30 16 Sentyabr 2018

“Karpatı”nı məğlub etdik. İndi yüksək əhval-ruhiyyə ilə Londona uça bilərik. İngiltərədə bizi nəyin gözlədiyini dərk edirik. İdman prinsipləri baxımından avrokuboklarda yer almağa layiq idik”.

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Vorskla”nın baş məşqçisi Vasili Saçko deyib. Qrup mərhələsinin ilk turunda səfərdə qarşılaşacaqları “Arsenal” haqda danışan mütəxəssis rəqibin bir neçə oyununa baxdığını bildirib:
 

“İndi “Arsenal” haqda məlumat toplayırıq. Rəqibin bir neçə oyununu izləmişəm. Poltavaya qayıtdıqdan sonra bütün uşaqları bu komanda ilə tanış edəcəyəm.”

Qrupdakı şanslarını da dəyərləndirən Saçko “Qarabağ”ı təcrübəli komanda olduğunu vurğulayıb: “Bu qrupda favorit biz deyilik. Liderlər “Arsenal” və “Sportinq”dir. “Qarabağ” isə təcrübəli komandadır. Bizə çox çətin olacaq. Deyərdim ki, sürpriz komandayıq. Qalib gəlməyə çalışacağıq”.

Qeyd edək ki, “Arsenal” – “Vorskla” oyunu sentyabrın 20-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti