"Yuventus"un futbolçusu 5 oyunluq cəzalana bilər - Qeyri-etik hərəkətinə görə

Sportarena.az      17 Sentyabr 2018, 12:22

İtaliyanın “Yuventus” klubunun futbolçusu Duqlas Kosta 5 oyunluq diskvalifikasiya oluna bilər.

 

Sportarena.az xəbər verir ki,buna səbəb 28 yaşlı braziliyalı yarımmüdafiəçinin A Seriyasının V turunda “Sassuolo”nu 2:1 hesabı ilə məğlub etdikləri matçın 90+4-cü dəqiqəsində rəqib futbolçu Federiko Di Françeskonun üzünə tüpürməsidir.

Bu davranışına görə qırmızı vərəqə alan Duqlas Kosta 3 dəqiqə əvvəl həmin oyunçuya başla zərbə vurmaq istədiyi üçün sarı vərəqə alıb. Üstəlik, matçın gedişində Federikonun üzünə dirsəklə vurub.

İtaliya çempionatının əsasnaməsində rəqibə tüpürməyə görə 3 oyunluq cəza nəzərdə tutulub. Lakin Duqlas Kostanın idmançıya yaraşmayan digər iki davranışı da nəzərə alınarsa, onu 5 matçlıq diskvalifikasiya gözləyir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin