Krivotsyuk: “İnanırdım ki, qol vuracam”

13:30 17 Sentyabr 2018

“Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində 2:0 hesabıyla qalib gəldikləri “Keşlə” ilə oyundan sonra klubun rəsmi saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, qol vuracağına inandığını deyib:

 

“İnanırdım ki, qol vuracam. İki şansımı boşa vermişdim, nəhayət, üçüncüdə qol vurmalı idim. Qolu tribunada oturan çox yaxın dostuma həsr etdim. Vacib qələbə idi. Hər iki komanda üçün çox çətin oyun oldu. Qalib gəlmək üçün çox güc sərf etdik. Komandamız hər oyuna son matç kimi köklənməlidi və çıxmalıdı. Hər şey hələ irəlidədi. Artıq növbəti oyunu fikirləşirik”.

 


Digər xəbərlər

Xəbər xətti