Advokat Hollandiya klubunda

16:16 17 Sentyabr 2018

Hollandiyalı məşqçi Dik Advokatın yeni iş yeri rəsmən müəyyənləşib

Sportarena.az xəbər verir ki, 70 yaşlı mütəxəssis karyerasını ölkəsində davam etdirəcək. Erediviziya təmsilçisi “Utrext”lə anlaşan məşqçi artıq vəzifəsinin icrasına başlayacaq. Klubun rəsmi saytı Advokatla mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlayıb.

Qeyd dək ki,  PSV, “Reyncers”, “Zenit”, “Borussiya” (Münhenqladbax), “Fənərbaxça” kimi klublarda çalışmış Advokat, Rusiya, Serbiya, Cənubi Koreya, ABŞ, BƏƏ, Hollandiya millilərinin də baş məşqçisi olub. O, son olaraq Hollandiyanın “Sparta” klubunda işləyib.


Digər xəbərlər

Xəbər xətti