Yunan-Roma güləşçilərimiz xatirə turnirində

18:53 17 Sentyabr 2018

Bu gün Belarusun paytaxtı Minskdə olimpiya və dünya çempionu Oleq Karavaevin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürür.

 

Sportarena.az xəbər verir ki, yarışda baş məşqçi Şaban Donatın rəhbərliyi altında İbrahim Nurullayev, Eldəniz Əzizli (hər ikisi 55 kq), Murad Məmmədov, Sakit Quliyev, Əsgər Əlizadə (hamısı 60 kq), Taleh Məmmədov, Kərim Cəfərov (hər ikisi 63 kq), Kamran Məmmədov, Elman Muxtarov, Namaz Rüstəmov (hamısı 67 kq), İslambek Dadov, Sənan Süleymanov (hər ikisi 72 kq), Elvin Mürsəliyev, Həsən Əliyev (hər ikisi 77 kq), Tuncay Vəzirzadə, Eltun Vəzirzadə, Rafiq Hüseynov (hamısı 82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev və Ramil Məmmədov (hər ikisi 97 kq) ölkəmizi təmsil edir.

 

Turnirin hakimləri arasında həmyerlimiz Elman İsmayılov da var.


Xəbər xətti